“Apple” müştərilərinə 50 milyon dollar təzminat ödəyəcək

14:37 - 30.05.2023


30 may, Fineko/abc.az. “Apple” 2015-2019-cu illər arasında satdığı “MacBook”, “MacBook Air” və “MacBook Pro” modellərində kəpənək klaviatura dizaynından istifadə edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, istehlakçılar kəpənək klaviaturasının qeyri-sabit olduğunu və düymələrin daim ilişib basıldığını iddia etdilər. Bu və daha çox başqa problemlər var idi. Üstəlik, texniki xidmətlər buna çarə tapa bilmirdi.

Çünki yüzlərlə insan “MacBook”u xidmətə verdiyini deyirdi, lakin problem hələ də həllini tapmırdı. Nəticədə bütün bu səbəblərdən ümumilikdə 86 min insan “Apple”i məhkəməyə verib və təzminat tələb edib.

Uzun sürən məhkəmə prosesindən sonra “Apple” şikayətləri aradan qaldırmaq üçün istehlakçılara ümumilikdə 50 milyon dollar təzminat ödəyərək bu iddiaya son qoymaq istəyirdi. Keçən illərdə edilən bu təklif, nəhayət, bu gün Kaliforniyada baxılan işdə təsdiqləndi.

Bütün xəbərlər