Azərbaycanda İsrailın tibbi təcrübəsi tətbiq olunacaq- Sənədlər imzalandı

14:51 - 30.05.2023


30 may, Fineko/abc.az. Mayın 30-da Prezident İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb.

ABC.AZ xəbər verir ki, sənədi Azərbaycanın səhiyyə naziri Teymur Musayev və İsrail Dövlətinin daxili işlər və səhiyyə naziri Moşe Arbel imzaladılar.

Bütün xəbərlər