Rusiya və ABŞ prezidentləri Helsinkidə görüşəcəklər

16:58 - 28.06.2018


28 iyun, Fineko/abc.az. Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Trampın görüşü iyulda Helsinkidə keçiriləcək.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, əldə edilmiş razılaşmaya əsasən, iyulun 16-da Helsinkidə Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp görüşəcək.

“Danışıqlar zamanı Rusiya-Amerika münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, habelə beynəlxalq gündəliyin aktual məsələləri müzakirə olunacaq”, - məlumatda belə deyilir.

Vaşinqton, iyulda Helsinkidə ABŞ-Rusiya ikitərəfli görüşünün keçirilməsini təsdiqləyib.

“ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin 2018-ci il iyulun 16-da Finlandiyanın Helsinki şəhərində görüşəcəklər. Liderlər ABŞ və Rusiya arasındakı münasibətləri və bir sıra milli təhlükəsizlik məsələlərini müzakirə edəcəklər”, - deyə Ağ Evin mətbuat xidmətindən bildiriblər.

 

Bütün xəbərlər