12:24 - 31.05.2023
31 may, Fineko/abc.az. "Rahat” supermarketlər şəbəkəsi və “Port Baku Bazar” marketin daxil olduğu "ANC GROUP" MMC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
ABC.AZ şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə "ANC GROUP"un xalis mənfəəti 2021-ci illə müqayisədə 13.8% artaraq 384 min 77 manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə şirkət 337 min 524 manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə şirkətin ümumi gəlirləri əvvəlki illə müqayisədə 24% artaraq 254 milyon 165.2 min manat, məcmu mənfəəti isə 34.5% artaraq 35 milyon 339.8 min manat təşkil edib. Eyni dövrdə şirkətin ümumi və inzibati xərcləri 34.5% artaraq 34 milyon 192.3 min manata bərabər olub. Beləliklə şirkət ötən il 384 min 77 manat əməliyyat mənfəəti əldə edib.
2022-ci ildə "ANC GROUP" MMC-nin cəmi aktivləri 2021-ci illə müqayisədə 26.7% və ya 21 milyon 183 min manat artaraq 100 milyon 469.9 min manata yüksəlib.
Ötən il şirkətin kreditor borcları 39,9% və ya 15 milyon 218.8 min manat artaraq 53 milyon 372.6 min manata bərabər olub. Bu dövrdə "ANC GROUP" MMC-nin cəmi öhdəlikləridə 31.3% artaraq 81 milyon 356.6 min manat olub.
19 Sentyabr 2024
19 Sentyabr 2024
19 Sentyabr 2024
19 Sentyabr 2024
19 Sentyabr 2024
19 Sentyabr 2024
19 Sentyabr 2024
19 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
18 Sentyabr 2024
18 Sentyabr 2024