Mədəniyyət və idman xərcləri 2% azaldılır

14:48 - 31.05.2023


31 may, Fineko/abc.az. Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlə bağlı ayırmalar 10,879 milyon manat və yaxud 1,9 % azaldılaraq 561,709 milyon manatdan 550,83 milyon manata endirilir.

ABC.AZ xəbər verir ki, bu, “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, mədəniyyət və incəsənət sahəsində fəaliyyət xərclərinin dəyişdirilməyərək 199,184 milyon manat, televiziya, radio və nəşriyyat xərclərinin dəyişdirilməyərək 61,024 milyon manat, bədən tərbiyəsi və gənclər siyasəti xərclərinin dəyişdirilməyərək 46,299 milyon manat saxlanılması, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlərlə bağlı xərclərin isə 10,879 milyon manat və yaxud 4,3 % azaldılaraq 255,202 milyon manatdan 244,323 milyon manata endirilməsi nəzərdə tutulub.

 

Bütün xəbərlər