Azərbaycan çalışır ki, geridə qalmasın, lider olsun - İlham Əliyev

15:44 - 31.05.2023


31 may, Fineko/abc.az. Biz özümüzü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edirik. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın, əslində lider, aparıcı ölkə olsun.

ABC.AZ xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında söyləyib.

Burada söhbətin yenilənən, bərpaolunan enerjidən getdiyini qeyd edən dövlətimizin başçısı deyib: “Mən çox şadam ki, yenilənən enerji ilə bağlı şirkətlər bu gün burada olduqca böyük çoxluq təşkil edir. Əminəm ki, illər keçdikcə bu şirkətlərin sayı artacaq. Yəni, biz tərəfdaşlarımızla birlikdə neft kəmərləri inşa etdik, neft yataqlarına sərmayə qoyduq, daha sonra qaz infrastrukturu inşa etdik. Cənub Qaz Dəhlizi bizim birgə tarixi nailiyyətimizdir, 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır”.

Bütün xəbərlər