Azərbaycan spirtli və spirtsiz içkilərin ixracını artırıb - HESABAT

16:50 - 31.05.2023


31 may, Fineko/abc.az. 2023-cü ilin yanvar-aprel ayları ərzində spirtli və spirtsiz içkilərin ixracı 6,4 dəfə, şəkər ixracı 37,6% artıb.

ABC.AZ xəbər verir ki, bu, "İxrac İcmalı"nın may sayında dərc edilib.

Sözügedən sayda 2023-cü ilin yanvar-aprel ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 9,1% artaraq 248,2 milyon ABŞ dolları təşkil edib.

Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,8% artaraq 74,7 milyon ABŞ dolları təşkil edib.

2023-cü ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (313,7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (54,2 milyon ABŞ dolları) ikinci, meşə fındığı (47,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.