19:30 - 28.06.2018
28 iyun, Fineko/abc.az. 29 iyun 2018-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının əsaslı təmirdən sonra açılış mərasimi keçiriləcəkdir. Tədbirdə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, rayon rəhbərliyi, həmçinin rayonda fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri iştirak edəcəkdir.
Məlumat üçün qeyd edək ki, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi 2011-ci ildən fəaliyyət göstərir və əsasən icmada yaşayan risk qrupuna aid ailələrin sosial yönümlü problemlərinin həllinə köməklik göstərir. Mərkəzdə aktiv terapiya, ünsiyyət terapiyası, su terapiyası, loqoped xidməti, psixoloji konsultasiya, inkişaf etdirici məşğələlər, rus-dili, ingilis-dili, kompüter və əl işləri dərnəkləri fəaliyyət göstərir. Mərkəzin hazırda fəaliyyət göstərdiyi inzibati bina 2016-2018-ci illərdə əsaslı təmir olunmuş və bütün növ lazımi ləvazimat və avadanlıqlarla təmin edilmişdir.
Açılış mərasimi zamanı qonaqlara Uşaq və Ailələrə Dəstək Mərkəzinin fəaliyyəti, ailələrlə aparılan fərdi iş barədə ətraflı məlumat veriləcəkdir. Onlar Mərkəzdə fəaliyyət göstərən aktiv terapiya, autizimli uşaqlarla iş, psixoloq, loqoped xidmətləri, əl işləri, xarici dil və inkişaf etdirici məşğələlərlə əyani sürətdə tanış olacaq, uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirəcəklər.
Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi rayonda fəaliyyət göstərən digər aidiyyəti qurumlarla birgə Dövlət Proqramlarının icrası məqsədilə Narkomaniyaya YOX deyək!, Erkən nikahlar və onun fəsadları, Reproduktiv sağlamlıq, Autizim, Uşaqların icbari dispanzerizasiyası, İnsan hüquqları mövzularında 108 maarifləndirmə tədbiri keçirmiş ki, bunlardan da 9024 nəfərbəhrələnmişdir. 2011-ci ildən Mərkəz xidmətlərindən ümumilikdə 2338 nəfər bəhrələnmişdir.
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024