Təsdiqedici sənəd verilməsini gecikdirən ultizatorlar - 5000 manat cərimələnəcək

11:43 - 1.06.2023


1 iyun, Fineko/abc.az. Utilizator tərəfindən “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə təsdiqedici sənədin verilməməsinə görə vəzifəli şəxslər 3000 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə ediləcəklər.

ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan “İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, utilizator, yaxud nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən digər şəxs tərəfindən nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın nüsxəsinin “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə nəqliyyat vasitəsini utilizasiyaya verən şəxsə verilməməsinə və ya nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora göndərilməməsinə görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcəklər.

Bütün xəbərlər