"PAŞA Sığorta"nın Direktorlar Şurasına yeni TƏYİNAT

14:33 - 1.06.2023


1 iyun, Fineko/abc.az. "PAŞA Sığorta" ASC-nin Direktorlar Şurasının sədri dəyişib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Fərid Məmmədov vəzifəsindən azad edilib. Onun yerinə Rövşən Allahverdiyev təyin edilib.

Qeyd edək ki, Rövşən Allahverdiyev bundan əvvəl "PAŞA Həyat Sığorta" şirkətinin Direktorlar Şurasının sədri təyin edilib. O, eyni zamanda "Kapital Bank" ASC-nin Müşahidə Şurasının sədridir.

Xatırladaq ki, "PAŞA Sığorta" şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin 100% səhmdarı “PAŞA Holding” MMC-dir.

Bütün xəbərlər