21:45 - 28.06.2018
28 iyun, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi və ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan alveri qurbanlarının məşğulluğunun dəstəklənməsi” mövzusunda dəyirmi masa keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin nümayəndəsinin də iştirak etdiyi tədbirdə insan alveri qurbanlarının və insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslərin müxtəlif növ yardımlarla təmin edilməsi yönündə İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən görülən işlər diqqətə çatdırılıb. Çıxış edənlər qeyd olunan insanların cəmiyyətə fəal inteqrasiyasında onların məşğulluğunun təmin olunmasının xüsusi önəm kəsb etdiyini, bu sahədə birgə fəaliyyət müstəvisində tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Dəyirmi masada insan alveri qurbanlarının və insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, habelə onların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunması, özünüməşğulluqlarının təmin edilməsi üçün görüləcək işlər müzakirə olunub.
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən respublikamızın digər rayon və şəhər məşğulluq mərkəzləri ilə də belə dəyrimi masaların keçirilməsi nəzərdə tutulur.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024