Bağ evlərinə tələbat kəskin artıb

11:34 - 2.06.2023


2 iyun, Fineko/abc.az. Yay mövsümü ilə əlaqədar bağ evlərinə tələbat kəskin artıb. Hazırda bağ evlərinin kirayə qiymətində artım müşahidə edilir.

ABC.AZ xəbər verir ki, bunu Modern.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, digər aylarla müqayisədə hazırda qiymətlər 2-3 dəfə artıb:

“Mövsümlə əlaqədar kirayə qiymətlərinin artımı daha çox bağ evlərində müşahidə olunur. Bu, xarakterik olan tendensiyadır. İllərdir ki, belə davam edir. Yay mövsümündə bağ sahələrinə tələbatın artımı bağ evlərinin bahalaşmasına gətirib çıxarır. Müşahidələr göstərir ki, hər il bu vaxtlar qiymət artımı qeydə alınır. Ümumilikdə il ərzində qış mövsümü ilə müqayisədə təqribən 2, 2.5, bəzi ərazilərdə isə 3 dəfəyə yaxın qiymət artımı olub. Hesab edirəm ki, bu, normal haldır. Çünki qışda bağ sahələrinə tələbat aşağı olur. Yayda isə tələbin artımı qiymətlərin artımına gətirib çıxarır”.

Bütün xəbərlər