Azərbaycanda hazırda ən bahalı bağ evinin kirayəsi 5 min manatdan başlayır

11:41 - 2.06.2023


2 iyun, Fineko/abc.az. Hazırda ən bahalı bağ evlərin kirayə qiyməti 5 min manatdan, ən ucuzu isə 2500 manatdan başlayır.

ABC.AZ xəbər verir ki, bunu ekspert Ramil Osmanlı bildirib.

O qeyd edib ki, hazırda bazarda 1 ayı 5 min manata kirayə verilən bağ evlərinin, bağ sahələrinin sayı kifayət qədər çoxdur.

"Hətta nə qədər təəccüblü olsa da, aylığı daha yüksək, hətta 10 min manata olan bağlara da rast gəlmək mümkündür. Bu bağ sahələri demək olar ki, bütün infrastrukturla təchiz olunub. Bu tip bağ evlərinin içərisində bir neçə üzgüçülük hovuzu, idman üçün xüsusi imkanlar, mini futbol meydançası, fitnes zalı olur. Hətta bəzi bağlarda ev kinoteatrları da quraşdırılıb. Yəni belə bağ sahələri var,amma kütləvi deyil. Ümumilikdə aylıq ən ucuz bağ evlərinin qiyməti hazırda 700-800 manatdan başlayır və üzü yuxarıya doğru artımla dəyişir. Təqribən 2,3 ailənin eyni zamanda yaşaya biləcəyi bağ evlərinin qiyməti isə 2500-3000 manat təşkil edir”, - deyə o bildirib.

Bütün xəbərlər