İstanbulda 55 milyon dollara tikilmiş qüllə satışa çıxarılır

14:37 - 2.06.2023


2 iyun, Fineko/abc.az. İstanbulda yerləşən qüllələrdən biri satışa çıxarılacaq.

ABC.AZ-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sözügedən qüllə İstanbuldakı Büyükçekmece bölgəsində yerləşir.

Qüllə Avropanın 4-cü, dünyanın isə 17-ci ən böyük televiziya qülləsi hesab olunur.

1998-ci ildə inşasına başlanan və 55 milyon dollara başa gələn qüllə üçün tələb olunan məbləğ 249 milyon 395 min 434 TL-dir.

Qüllə tikinti şirkətinin müflis olması və daha sonra borclarını ödəyə bilməməsi səbəbindən avqustun 1-dən etibarən satışa çıxarılacaq.

Bütün xəbərlər