Dövlət Sərhəd Xidməti tərəfindən külli miqdarda narkotik vasitənin qanunsuz dövriy­yədən çıxarılması təmin olunmuşdur.

10:16 - 29.06.2018


29 iyun, Fineko/abc.az. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

2018-ci ilin 28 iyun tarixində DSX əməkdaşlarının sayıqlığı və pe­şəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriy­yədən çıxarılması təmin olunmuşdur.

Həmin tarixdə saat 03:15 radələrində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Yar­dımlı-Masallı şosse yolunda DSX əməkdaşları tərə­findən şübhəli avtomobil müşahidə olunmuşdur. Avtomobil təqib olunaraq sürücü və sərnişinlərdən biri saxlanılmış, avtomobildə olan 1 nəfər digər şəxs qaçmağa müvəffəq olmuşdur.

Avtomobilə baxış zamanı 1 ədəd çantada 2 kq tiryək, 5 kq həşiş qətranı aşkar olunmuşdur. Saxlanılmış vətəndaşların şəxsiyyəti də­qiq­ləş­dirilmiş, onların Lənkəran rayon Liman qəsəbə sakini 1989-cu il tə­vəllüdlü Əkbərov Heydər Malik oğlu və Cəlilabad rayon Göytəpə qəsəbə sakini 1988-ci il təvəllüdlü Həsənov Babək Özbək oğlu olma­ları müəyyən edilmişdir. Hadisə yerindən qaçmış 3-cü şəxsin axtarışı üzrə müvafiq tədbirlər həyata keçirilir.

Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər