Baş nazirin çıxışını süni intellekt hazırlayıb?

16:01 - 2.06.2023


2 iyun, Fineko/abc.az. Danimarkanın baş naziri Mette Frederiksen süni intellekt “ChatGPT” çatbotundan istifadə edərək çıxış edib.

ABC.AZ xəbər verir ki, Frederiksenin süni intellektin innovativ aspektlərini və risklərini vurğulamaq üçün parlamentdəki çıxışının bir hissəsi “ChatGPT” tərəfindən hazırlanıb.

Son zamanlar çox müzakirə edilən “ChatGPT”nin əhəmiyyətinə diqqət çəkən Frederiksen, süni zəkanın edə biləcəyinin həm valehedici, həm də qorxulu olduğunu söylədi.

Süni intellektin saniyələr ərzində nitq yaza, universitet tapşırığı hazırlaya və ya hesabat hazırlaya bildiyini qeyd edən Frederiksen, bunu real şəkildə edə bildiyini və bunun arxasında insan deyil, robotun olduğuna inananların çox az olduğunu bildirib.