Əməkhaqqı fondunun artırılması üçün də ardıcıl addımlar atılır - Nazir

16:13 - 2.06.2023


2 iyun, Fineko/abc.az. Dövlət başçısının siyasətinin ana xəttini əhalinin rifahı təşkil edir.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, ümumi yol xəritəsi var: “Ona uyğun olaraq sosial islahat paketləri ardıcıl olaraq tətbiq edilir. Ötən il inflyasiya olduğu təqdirdə biz sosial müavinətləri 20-22 %, əməkhaqqlarını orta hesabla 15 % artıraraq, inflyasiyanı üstələməyə çalışdıq. Əməkhaqqı fondunun artırılması üçün də ardıcıl addımlar atılır, silsilə tədbirlər görülür”.

Bütün xəbərlər