Siqaret çəkənlər bir həftə az işləyir

17:04 - 2.06.2023


2 iyun, Fineko/abc.az. İngiltərədə siqareti tərgitmək üçün nikotin bantları satan bir şirkət tərəfindən aparılan sorğu diqqətəlayiq nəticələr ortaya çıxarıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, araşdırma siqaret çəkənlərin gündə nə qədər “siqaret fasiləsi” verdiyinə diqqət yetirib. Respondentlərin 52 faizi mütəmadi olaraq ofisdə siqaret fasiləsi verdiyini bildirib.

Orta hesabla bir İngilis siqaret çəkənin siqaret çəkmək üçün hər gün 5 ilə 10 dəqiqə arasında işləmədiyini və bu müddətin bəzi insanlar üçün 20 dəqiqəyə qədər uzana biləcəyini ifadə edən mütəxəssislər, bu müddətin bir ilə vurulduğunda bir həftə daha az işə uyğun gəldiyini açıqlayıblar.

Tədqiqatı araşdıran ekspertlər siqaret çəkənlərin orta hesabla ildə 39 saatdan çox ofisdən kənarda siqaret çəkməyə sərf etdiklərini və bunun  bir həftəlik məzuniyyətə bərabər olduğunu bildiriblər.