OPEC yeni qərar verdi - Azərbaycan neft hasilatlnı azaldacaq

10:10 - 5.06.2023


5 iyun, Fineko/abc.az. Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 35-ci iclasında “Əməkdaşlıq Bəyannaməsi” ölkələrinin 2024-cü il üçün gündəlik ümumi xam neft hasilatının səviyyəsini tənzimləyən qərar qəbul olunub. 

ABC.AZ xəbər verir ki, razılaşmaya uyğun olaraq gələn il gündəlik xam neft hasilatı “OPEC plus” üzrə 40,46 milyon barrel, Azərbaycan üçün 551 min barrel həcmində müəyyən edilib.

Xatırladaq ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı hazırki öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

Başqa sözlə, gələn il Azərbaycan gündəlik neft hasilatını 133 min barel azaltmalı olacaq.

Bütün xəbərlər