Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin sayı artırlır

10:35 - 5.06.2023


5 iyun, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyətinin (İH) üzvlərinin sayının 7-dən 9-a çatdırılması təklif edilir.

ABC.AZ xəbər verir ki, bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, İH AMB-nin kollegial ali idarəetmə orqanıdır. Onun tərkibi sədr, daimi əsaslarla işləyən 6 üzv (hazırda 4 üzvdür) və 2 kənar üzv daxil olmaqla 9 üzvdən ibarətdir.

Bütün xəbərlər