Azərbaycan Mərkəzi Bankına iqtisadi müstəqillik verilir

10:49 - 5.06.2023


5 iyun, Fineko/abc.az. Mərkəzi Banka iqtisadi müstəqilliyin verilməsi təklif edilir.

ABC.AZ xəbər verir ki, bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Mərkəzi Bank iqtisadi müstəqilliyə malikdir və aktivlərinin satışından və yaxud onlara digər tərzdə sərəncam verilməsindən daxil olan vəsaitlər onun gəlirlərinə aid edilir. Bu Qanunda nəzərdə tutulmuş hal istisna olmaqla, Mərkəzi Bank dövlətin öhdəlikləri, dövlət isə AMB-nin öhdəlikləri üçün cavabdeh deyil.

Bütün xəbərlər