15:54 - 5.06.2023
5 iyun, Fineko/abc.az. İyulun 5-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yerin təkindən istifadə ilə bağlı növbəti dəfə hərrac keçirəcək.
Bu barədə ABC.AZ-a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, hərraca 9 faydalı qazıntı yatağı çıxarılacaq. Bunlar Abşeron rayonu “Qızılburun” gil yatağı, Abşeron rayonu “Şıxzərli” gips yatağı, Ağstafa rayonu “Ağstafaçay” qum-çınqıl yatağı”, Göygöl rayonu “Qızılca” plagioporfir yatağı, İsmayıllı rayonu “Bilistan-II” qum-çınqıl yatağı, İsmayıllı rayonu “Təzəkənd” qum-çınqıl yatağı, İsmayıllı rayonu “Göyçay-I” qum-çınqıl yatağı, Şabran rayonu “Dəvəçiçay” qum-çınqıl yatağı, Quba rayonu “Qonaqkənd” qum-çınqıl yataqlarıdır.
Başlanğıc qiyməti 2 500 - 76 000 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu iyunun 22-si, saat 16:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38 C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaq.
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024