12:28 - 7.06.2023
7 iyun, Fineko/abc.az. Mərkəzi Bankın inflyasiyanın azaldılması istiqamətində həyata keçirdiyi tədbirləri və hökumət tərəfindən atılan addımları nəzərə alınmaqla, bu il orta illik inflyasiyanın 10,4% olması proqnozlaşdırılır.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O bildirib ki, Beynəlxalq Valyuta Fondunun (İMF) hesabatına əsasən, dünya üzrə inflyasiya 7 %, inkişaf etməkdə olan ölkələr üzrə 8,6% səviyyəsində proqnozlaşdırılır:
“İnflyasiyada tələb və təklif amilləri ilə bağlı qeyri-müəyyənlik yenə də yüksək olaraq qalır. Dünən AMB tərəfindən bu il üçün 8,9% səviyyəsində inflyasiya göstəricisi səsləndirilmişdi. Bu, ardıcıl 12 ay üzrə olan rəqəmdir. Bizim dediyimiz isə orta illik inflyasiyadır. Bunların arasında hansısa ziddiyyət yoxdur”.
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024