14:12 - 7.06.2023
7 iyun, Fineko/abc.az. Qırmızı Ürəklər Fondu tərəfindən Kürdəmir və Masallı rayonundan olan 3 şəhid ailəsinə fərdi yaşayış evləri təqdim edilib. 3 otaqdan ibarət tam təmirli fərdi yaşayış evlərində ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb. Evlərin açarlarının təqdim edilməsi tədbirində Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyeva və fondun əməkdaşları iştirak ediblər.
Tədbirdə Sevda Haqverdiyeva ölkə prezidentinin müvafiq göstərişlərinə əsasən, dövlət tərəfindən həssas qruplardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyi qeyd edib. O bildirdi ki, fond da dövlətin sosial sahədə həyata keçirtdiyi siyasətə hər zaman öz resursları çərçivəsində dəstək göstərməyə çalışır. Fonda donorlar tərəfindən edilən ianələr fəaliyyət istiqamətlərinə uyğun formada layihələrin həyata keçirilməsinə yönləndirilir. Yeni evlərlə təmin olunan şəhid ailələri bu gözəl təşəbbüsə görə fonda və donorlara minnətdarlıqlarını bildiriblər.
“Tarix Yazan Qəhrəmanlarımız” layihəsi çərçivəsində donorlar tərəfindən fonda edilən ianələr hesabına 2023-cü il ərzində daha 7 şəhid ailəsinə fərdi yaşayış evləri təhvil veriləcək. Tikintisi davam edən növbəti dörd evin isə cari ilin 3-cü rübünə kimi təhvil verilməsi planlaşdırılır.
Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
İqtisadi artıma təsir edən mühüm amillərdən olan qeyri-neft-qaz sektoru üzrə investisiya qoyuluşları Azərbaycanda 2023-cü ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrünə nisbətən 17,1 % artıb.
22 Sentyabr 2023
2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə MDB ölkələrindən Azərbaycana gələnlərin sayı 1.6 dəfə artaraq 549.4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37.8 faiz artaraq 67.6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 10.2 faiz azalaraq 228.4 min nəfər olub.
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
21 Sentyabr 2023
21 Sentyabr 2023
21 Sentyabr 2023
21 Sentyabr 2023
21 Sentyabr 2023
21 Sentyabr 2023
21 Sentyabr 2023
21 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023