15:00 - 7.06.2023
7 iyun, Fineko/abc.az. Bizdə əsasən idxal inflyasiyasıdır. İdxaldan azad olunmaq üçün hansı işlər görülür? Bir neçə dəfə demişəm ki, idxalın strukturu üzərində işləməliyik. Azərbaycanda hansı məhsulları istehsal etmək mümkündürsə, 3-5 il müddətində istehsal edək.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, inflyasiyanın 10,4 faiz olacağı proqnozlaşdırılır:
"Amma inanmıram ki, inflyasiyanı saxlaya bilək. Gedən proseslər onu göstərir ki, inflyasiya yüksək olacaq. Heç olmasa ərzaq və dərmanla əlaqədar əhalinin tələbatını ödəməliyik. Bu iki əsas səbəbi aradan qaldıraq ki, insanlar əziyyət çəkməsin. Bu iki məhsulu insan ala bilirsə, müəyyən qədər problemlərdən azad oluruq. Əgər bunun öhdəsindən gələ bilmirsə, problemlər kifayət qədər böyüyür".
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024