Suqovuşanda turizm infrastrukturu yaradılacaq - Agentlik tenderin "Agah Group" MMC-yə verdi

10:03 - 8.06.2023


8 iyun, Fineko/abc.az. Dövlət Turizm Agentliyi “Suqovuşanda turizm infrastrukturunun yaradılması işlərinin (ikinci mərhələ) satın alınması” tenderinin nəticələrini açıqlayıb.

ABC.AZ xəbər verir ki, tenderin qalibi  "Agah Group" MMC olub.

Qalib şirkətə  3 026 918  manat ödəniləcək.

Qeyd edək ki, şirkət daha öncə də Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin Su Quyularının İstismarı Və Təmiri Xidməti Müəssisəsinin 494 min 656  manat dəyərindəki “Yaşıllıq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün subartezian quyularının qazılması və bu məqsədlə malların, işlərin və xidmətlərin satınalınması” (20.09.2022) tenderini  və 212 min 748 manat dəyərindəki “Yaşıllıq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün subartezian quyularının qazılması və bu məqsədlə malların, işlərin və xidmətlərin satınalınması ilə əlaqədar” (23.10.2022) tenderlərini də  qazanıb.