Türkiyədə çay 43 faiz bahalaşıb

14:28 - 8.06.2023


8 iyun, Fineko/abc.az. Türkiyənin əsas çay istehsalçısı "Çaykur" quru çay qiymətlərini artırıb.

ABC.AZ xəbər verir ki, qiymətləri orta hesabla 43 faiz artıran "Çaykur" topdansatış şirkətlərinə yeni qiymət siyahısı göndərib.

"Çaykur"un ən çox istehlak edilən iki çay markası "Tiryaki" və "Rize Turist" çox məşhurdur.

2023-cü ilin yanvar ayında hazırlanmış köhnə siyahıda 1 kiloqramlıq "Rize Turist" çayının tövsiyə edilən pərakəndə satış qiyməti 97,81 TL ikən, bu gün şirkətlərə göndərilən yeni siyahıda eyni çayın qiyməti 141,54 TL olaraq göstərilib. Beləliklə, "Rize Turist" çayı 44,7% bahalaşıb.

Köhnə siyahıda 1 kiloqramlıq "Tiryaki" çayının tövsiyə olunan pərakəndə satış qiyməti 95,95 TL olduğu halda, yeni siyahıda eyni çayın qiyməti 138,38 TL-yə yüksəlib. Beləliklə, “Tiryaki” markalı çayın qiyməti 44,2 faiz artıb.

Bütün xəbərlər