14:53 - 8.06.2023
8 iyun, Fineko/abc.az. Qarşıdakı dövrdə mövcud dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi, eyni zamanda yerli alətlərin tətbiq edilməsi Azərbaycanda sahibkarlığın inkişafına töhfə verəcək.
ABC.AZ bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən sərgidə çıxışı zamanı deyib.
"Qarabağ regionun iqtisadi dəyər zəncirinə reinteqrasiyası, Naxçıvan iqtisadi rayonun potensialının daha yüksək səviyyədə reallaşdırılması qarşıdakı dövrlərdə iqtisadi artıma təkan verəcək. Hər iki istiqamətdə inkişafın təmin olunması ilə dövlət proqramları qəbul edilib. Qarabağda iki sənaye parkı yaradılıb və rezidentlər üçün açıqdır. Azad edilmiş ərazilərin inkişafı ilə bağlı güzəştlər paketi qəbul edilib. Bu da sahibkarların bu bölgələrə investisiya qoyuluşu üçün cəlbedici addımlardır", - nazir müavini bildirib.
Onun sözlərinə görə, bu ilin yanvar-aprel aylarında qeyri neft-qaz sektoru üzrə ÜDM-də 3,1 % artım qeydə alınıb.
S. Məmmədov qeyd edib ki, xarici ticarət əlaqələrində müşahidə edilən müsbət dinamika nəticəsində bu ilin 4 ayında ixrac 6,5 % artaraq 12 milyard ABŞ dolları təşkil edib: "Qeyri- neft məhsullarının ixracı 21,2 % artıb. Bu ilin birinci rübündə qeyri neft-qaz sahəsində investisiya qoyuluşu ötən illə müqayisədə 51,7 % artıb".
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
1 Oktyabr 2024
1 Oktyabr 2024
1 Oktyabr 2024
1 Oktyabr 2024
2 Oktyabr 2024