Azərbaycan qarşılıqlı turizm xidmətləri dövriyyəsini 34 %-dən çox artırıb

17:02 - 8.06.2023


8 iyun, Fineko/abc.az. 2023-cü ilin I rübündə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 34.3% artaraq 427.2 mln.$ təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (215.9 mln.$) ixracı (211.3 mln.$) üstələməsi nəticəsində 4.6 mln.$ həcmində kəsir yaranmışdır.

ABC.AZ xəbər verir ki, bu, 2023-cü ilin I rübü üzrə Azərbaycan Respublikasının tədiyə balansında bildirilir.

Qeyd edilib ki. bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 20.2%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 49.8% artmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 215.9 mln.$ olmuşdur. Bunun 61%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Bütün xəbərlər