17:25 - 8.06.2023
8 iyun, Fineko/abc.az. Bu il iyunun 1-nə Azərbaycanda 167,6 min kommersiya qurumu, o cümlədən 105,4 min aktiv kommersiya qurumu olub.
ABC.AZ bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bunlar, ötən ilin iyunun 1-i ilə müqayisədə müvafiq olaraq 10,4 % və 14 % çoxdur.
Hesabat tarixinə kommersiya hüquqi şəxslərinin 90,3 %-i MMC, 1,3 %-i SC, 1,1 %-i kooperativ və s. formalarda olub.
Mayın sonuna kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 32.490 vahid təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 15,3 % artım deməkdir.
Bu ilin yanvar-may aylarında ölkədə 6 945 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onlardan 88,3 %-i yerli investisiyalı, 11,7 %-i isə xarici investisiyalıdır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 82,6 %-i elektron qaydada qeydə alınıb. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 94,3 % təşkil edib. Yeni qeydiyyat üsulu (fin kod+mobil nömrə) ilə 928 yerli investisiyalı MMC qeydiyyata alınıb.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
11 Oktyabr 2024