"Xalq Sığorta" rəhbərliyinə yeni təyinat olub

10:29 - 9.06.2023


9 iyun, Fineko/abc.az. "Xalq Sığorta" ASC-nin İdarə Heyətinin sədri olmuş Raman Kurbanau Direktorlar Şurasının üzvü seçilib.

ABC.AZ xəbər verir ki, bu barədə sığorta şirkətindən bildirilib.

Məlumata görə, bununla bağlı qərar səhmdarların ümumi yığıncağında verilib.

Qeyd edək ki, bundan əvvəl sığorta şirkətinin İdarə Heyətinə yeni sədri "Xalq Həyat Sığorta"nın sədri Roman Vəliyevin təyin edilmişdi.

Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb.

Bütün xəbərlər