Azərbaycandan Türkiyəyə pul köçürmələr 17% azalıb

12:32 - 9.06.2023


9 iyun, Fineko/abc.az. Azərbaycandan 2023-cü ilinin birinci rübündə Türkiyədəki fiziki şəxslərə köçürlən pul baratlarının həcmi azalıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, ilin I rübndə bu ölkəyə $34.15 mln. həcmində pul transfer olub.

Bu da illik müqayisədə $6.78 mln. və ya 17% azdır.

Türkiyədən Azərbaycandakı fiziki şəxslərə göndərilən pul baratlarının həcmi isə illik müqayisədə $9.22 mln. və ya 39% artmaqla $32.63 mln. olub.

Bütün xəbərlər