Azərbaycanda Ombudsman 180 min manat məbləğində sığortalanır

14:37 - 9.06.2023


9 iyun, Fineko/abc.az. İnsan hüquqları üzrə müvəkkil (ombudsman) 5 illik vəzifə maaşı məbləğində icbari sığorta ediləcək.

ABC.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisdə müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsidə öz əksini tapıb.

Dəyişikliklə qanuna yeni bənd (16.6-1) əlavə olunur. Yeni bəndə əsasən, müvəkkil 5 illik vəzifə maaşı məbləğində icbari sığorta ediləcək.

Qeyd edək ki, Ombudsmanın aylıq vəzifə maaşı 3060 manatdır. Qanuna dəyişiklik səsverməyə qoyularaq ikinci oxunuşda təsdiq edilib.

Bütün xəbərlər