Qeyri-neft-qaz ixracı 77% artıb - Nazir

15:22 - 9.06.2023


9 iyun, Fineko/abc.az. 2018-2022-ci illədə Azərbaycanın qeyri-neft-qaz ixracının dəyəri həm faktiki qiymətlərlə, həm də real ifadədə 77,3 % artaraq 1,72 milyard ABŞ dollarından 3,05 milyard ABŞ dollarına çatıb.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.

Onun sözlərinə görə, qeyri-neft sektorunun təşviqi istiqamətində həyata keçirilən islahatlar dayanıqlı iqtisadi inkişafa mühüm təkan verir.

Bütün xəbərlər