17:01 - 9.06.2023
9 iyun, Fineko/abc.az. Rusiya Mərkəzi Bankı altıncı dəfə uçot faiz dərəcəsini 7.5% səviyyəsində saxlayıb.
ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Rusiyada mayın 30-dan iyunun 5-dək olan həftədə illik inflyasiya öncəki 2.41%-ə qarşı 2.68%-ə yüksəlib.
Həmçinin Rusiya Bankı əmək bazarında proinflyasiya risklərinin artdığını, kadr çatışmazlığının məhsuldarlığın artımını real əmək haqqının artımından geridə saxlamaqla təhdid etdiyini bildirib.
16 May 2025
16 May 2025
16 May 2025