Bu Bankın 3 daşınmaz əmlakı satışa çıxarılacaq

14:18 - 14.06.2023


14 iyun, Fineko/abc.az. İyunun 16-da Əmanətlərin Sığortalanması Fondunda (ADİF) ləğv prosesində olan “AG Bank” ASC-nin 3 daşınmaz əmlakının icarəyə verilməsi üzrə 3 bağlı hərrac keçiriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə bankın ləğvedicisi qismində ADIF məlumat yayıb.

Bildirilir ki, söhbət Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 ünvanında yerləşən 200, 20 və 12 kv.metrlik qeyri-yaşayış sahələrindən gedir.

Xatırladaq ki, “AGBank”ın lisenziyası Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 12 may 2020-ci il tarixli qərarı ilə ləğv olunub.