Topogeodeziya və hidroqrafiya ixtisası üzrə toplantı keçirilib

19:25 - 29.06.2018


29 iyun, Fineko/abc.az. 2018-ci ilin hazırlıq planına əsasən Naviqasiya və Kartoqrafiya İdarəsində topogeodeziya təminatının təşkili və hidroqrafiya işi üzrə ixtisaslı zabitlərlə toplantı keçirilib.
Plana əsasən idarənin mütəxəssis heyəti tərəfindən topogeodeziya avadanlıqlarının və Coğrafi Analiz Sistemi proqramının funksiyaları barədə təlim məşğələləri təşkil edilib.
Məşğələlərdə Coğrafi Analiz Sistemi proqramında rəqəmsal xəritələr və üç ölçülü modellərlə işləmə qaydası, məlumatların təhlil edilməsi, əməliyyatlarda proqramın əsas funksiyaları barədə geniş məlumat verilib, eləcə də xüsusi avadanlıqlardan istifadə edilməklə ərazidə ölçmə işlərinin aparılması praktiki olaraq nümayiş etdirilib.