16:23 - 21.06.2023
21 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çox – 61,2 milyon manat vəsait köçürüb.
ABC.AZ xəbər verir ki, 5 aylıq ödənişin 47,2 milyon manatı (2,7 dəfə çox) özəlləşdirmə, 14 milyon manatı (35,9 % çox) isə icarə hesabına təmin edilib.
Hesabat dövründə Dövlət Xidməti 24 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 9 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 233 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 135 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 28 onlayn qoşulma reallaşıb. Hərrac vasitəsilə 13 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024