16:00 - 30.06.2018
30 iyun, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu sığorta-pensiya sisteminin cari fəaliyyətinə dair məsələlərin müzakirəsi və gələcək fəaliyyət istiqamətləri üzrə yerli qurumların təlimatlandırılması, aidiyyəti izahat işlərinin aparılması üçün regional müşavirələrə başlayıb.
İlk müşavirə Quba rayonunda Fondun Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan rayon şöbələrinin əməkdaşlarının iştirakı ilə keçirilib.
Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev Fondun fəaliyyət sahələrində iş mexanizmlərinin təkmilləşdirilməsinin, sosial sığorta daxilolmaları üzrə büdcə proqnozlarına tam əməl olunmasının, əhaliyə xidmətlərin keyfiyyətinin artırılmasının, bu xidmətlərdə şəffaflığın və sosial ədalət prinsipinin tam təmin edilməsinin qarşıda duran əsas fəaliyyət istiqamətlərindən olduğunu diqqətə çatdırıb.
Müşavirədə Fondun Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan rayon şöbələrinin fəaliyyətinin nəticələri, sosial sığorta daxilolmaları üzrə büdcə proqnozlarına əməl olunması, sığortaedənlərlə işin təşkili, əhaliyə göstərilən xidmətlərin vəziyyəti ətraflı müzakirə olunub. Bu sahədə rast gəlinən nöqsan və çatışmazlıqların aradan qaldırılması, büdcə proqnozlarının tam yerinə yetirilməsi, sosial sığorta daxilolmalarında əhəmiyyətli artımların təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi, vətəndaşlarla münasibətlərdə etik davranış qaydalarının rəhbər tutulması, müraciətlərinin vaxtında, tam və dolğun şəkildə cavablandırılması tapşırılıb.
Həmçinin pensiya qanunvericiliyindəki yeni dəyişikliklərin tətbiqi sahəsində aparılan işlər nəzərdən keçirilib, yerli qurumların fəaliyyəti müzakirə olunub. “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verilib, izahatlar aparılıb.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024