17:30 - 30.06.2018
30 iyun, Fineko/abc.az. 30 iyun 2018-cı il tarixində Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilmiş "Gəncxilasedici" VI Beynəlxalq yarışına və "Gənc xilasedici və yanğınsöndürən" VII Ümumrespublika birinciliyinə yekun vurulmuşdur. Yekun tədbirlərində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və təhsil nazirinin müavini Firudin Qurbanov iştirak etmişlər. Əvvəlcə, gənc xilasedicilərin nümunəvi təlim çıxışları nümayiş etdirilmişdir. Sonra Qəbələ Heydər Əliyev Konqres Mərkəzində təşkil olunmuş mükafatlandırma mərasimi zamanı yarışlardan bəhs edən FHN-in hazırladığı videoçarx nümayiş etdirilmişdir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və təhsil nazirinin müavini Firudin Qurbanov qalib komandalara mükafatları təqdim etmişlər. Qaliblərə fəxri fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə xatirə hədiyyələri verilmişdir.
Qeyd edək ki, beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Belarus, üçüncü yeri isə Qazaxıstan komandaları tutmuşlar. Ümumrespublika birinciliyində isə birinci yerə Bakı şəhəri Nizami rayonu 220 nömrəli məktəbin, ikinci yerə Quba, üçüncü yerə isə Qax rayonunun komandaları layiq görülmüşlər.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024