Azərbaycanın dövlət əmlakının 73 obyekti hərraca çıxarılacaq

12:58 - 2.07.2018


2 iyul, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakı obyektlərinin satışı üzrə hərraclar təşkil etməyi davam edir.

Dövlət Komitəsinin məlumatında deyilir ki, növbəti hərrac iyulun 31-də keçiriləcək.

“Hərraca 73 obyekt, o cümlədən, 21 səhmdar cəmiyyəti, 31 kiçik dövlət müəssisəsi və obyekti, 17 qeyri-yaşayış sahəsi və 4 nəqliyyat vasitəsi çıxarılacaq”, - məlumatda belə deyilir.

Obyektlərlə  privatization.az  və  emdk.gov.az  linklərə keçid almaqla tanış olmaq olar.

 

Bütün xəbərlər