17:25 - 12.07.2023
12 iyul, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidməti 100 % dövlətə məxsus "Suraxanı Maşınqayırma Zavodu" ASC-ni özəlləşdirməyə hazırlayır.
ABC,AZ Report-a istinadən xəbər verir ki, Dövlət Xidmətinin yanında Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Toğrul İsalı bildirib.
"Müəssisə Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı fərmanla özəlləşdirməyə açıq elan olunub, 2021-ci ildə bizə idarəetməyə verilib. Hazırda onun investorlar üçün cəlbediciliyi artırılır. Bu məqsədlə sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsinə qərar verilib. Bu tədbirlər çərçivəsində də ötən il 26 ədəd ən son texnoloji avadanlıq alınıb, quraşdırılıb. Bundan əlavə, bu avadanlıqlar hesabına müəssisənin rəqabət qabiliyyətliliyinin artırılması və maliyyə dayanıqlığının gücləndirilməsi nəzərdə tutulur ki, gələcəkdə onun özəlləşdirilməsi daha rahat və optimal şəraitdə keçsin", - deyə o qeyd edib.
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024