14:18 - 17.07.2023
17 iyul, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycana 181 ölkədən 918,8 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 43,9 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, gələnlərin 32,9 %%-i Rusiya, 19,2 %-i Türkiyə, 7,7 %-i İran, 5,2 %-i Hindistan, 4,9 %-i Gürcüstan, 2,4 %-i Səudiyyə Ərəbistanı, hər birindən 2,3 % olmaqla Pakistan və Qazaxıstan, 2,1 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,8 %-i Özbəkistan, hər birindən 1,5 % olmaqla Belarus və Ukrayna, 1,3 %-i Küveyt, hər birindən 1,2 % olmaqla Böyük Britaniya və Türkmənistan, 12,5 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 72,2 %-ni kişilər, 27,8 %-ni qadınlar təşkil edib.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
11 Oktyabr 2024