Azərbaycana bu ölkələrdən gələn turistlər azalıb

14:30 - 17.07.2023


17 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi bu ilin I yarısında Azərbaycana gələn əcnəbilərin artdığı barədə hesabat təqdim edib.

ABC.AZ xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 7,2 dəfə, Türkmənistandan – 3,9 dəfə, Hindistandan – 3,1 dəfə, Belarusdan – 2,3 dəfə, Özbəkistandan – 2,2 dəfə, Qazaxıstandan – 1,9 dəfə, Rusiyadan – 1,9 dəfə, İsraildən – 1,6 dəfə, ABŞ-dan – 44,2 %, Küveytdən – 37,2 %, Gürcüstandan – 35,5 %, Böyük Britaniyadan – 34,6 %, BƏƏ-dən – 22,7 %, Pakistandan – 16,1 %, Türkiyədən – 15,9 % artmış, Səudiyyə Ərəbistanından gələnlərin sayı 23,6 %, İrandan – 14,9 %, Omandan – 9,9 %, Ukraynadan – 6,2 % azalıb.

Bundan başqa, il ərzində MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 385,8 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40 % artaraq 46,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,9 % azalaraq 134,2 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,8 %-i hava, 29,8 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.