12:03 - 18.07.2023
18 iyul, Fineko/abc.az. 2007-ci ildə "Apple" tərəfindən satışa çıxarılan birinci nəsil "iPhone", 17 iyulda hərracda rekord qiymətə satılıb.
ABC.AZ xəbər verir ki, sözügedən 4GB modeli üçün keçirilən hərracda smartfon 190 min dollara alıcısını tapıb.
O zaman 599 dollara satışa çıxarılan telefon beləliklə tövsiyə olunan pərakəndə satış qiymətindən 300 dəfə baha satılıb.
10 min dollardan başlayan hərraca 28 təklifin gəldiyi bildirilib. Fevral ayında birinci nəsil “iPhone” 63 min dollara alınıb.
“iPhone” kolleksiyaçıları arasında böyük əhəmiyyət kəsb etdiyi bildirilən telefon çox qısa müddət ərzində satışda idi.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
3 Oktyabr 2024
4 Oktyabr 2024
3 Oktyabr 2024
4 Oktyabr 2024