Bakıda elektrik qəzası səbəbindən su yoxdur

11:28 - 3.07.2018


3  iyul, Fineko/abc.az. Elektrik enerjisinin əsas mənbəyi olan Mingəçevir SES-də transformatorlardan birinin sıradan çıxması  ilə bağlı bu gün paytaxtda həmçinin su təchizatında da problemlər yaşanır.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Kür və Ceyranbatan su təmizləyici qurğularında suyun təmizlənməsi və təchizatı dayandırılıb.

“Su verilişi gün ərzində bərpa olunacaq”, - deyə A.Cəbrayıllı bildirib.

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir Su Elektrik Stansiyasının transformatorlarından biri sıradan çıxmış, nəticədə bütün ölkə enerjisiz qalmışdır. Elektrik təchizatı qismən bərpa olunub.