14:43 - 18.07.2023
18 iyul, Fineko/abc.az. Səudiyyə Ərəbistanının Neomda şəhərində yeni meqa layihənin tikintisini sürətləndirməyə çalışan yerli təşkilatlar əlavə olaraq 2,7 milyard dollar vəsait ayırıblar.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, iddialı meqa-şəhər layihəsinin 2030-cu ilə qədər tamamlanacağı gözlənilir.
Səudiyyə Ərəbistanının dəstəklədiyi Neom adlı şirkət tərəfindən inşa ediləcək futuristik şəhər 500 milyard dollarlıq xərclə bütün dünyanın diqqət mərkəzinə çevrilib. İnqilabi dizayna və “insan mərkəzli inkişafa” rəhbərlik etməsi planlaşdırılan şəhərin birinci mərhələsi “The Line” layihəsi ilə başlayacaq.
Vəliəhd şahzadə Məhəmməd bin Salmanın verdiyi son müsahibədə layihənin vəziyyəti müzakirə olunub. İlk dəfə 2017-ci ildə elan edilən “The Line”nin 2025-ci ilə qədər tamamlanacağı düşünülürdü. Lakin pandemiya və qlobal inflyasiya kimi şərtlərə görə 2030-cu ilə qədər təxirə salınıb.
Uzunluğu 160 km, eni 200 metr olacaq xətt Qırmızı dəniz səviyyəsindən 500 metr yüksəklikdə yerləşəcək. Güzgüyə bənzəyən divarlara sahib olacaq “The Line”nin diqqətçəkən tərəfi nəqliyyat üçün qapalı olmasıdır.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024