10:42 - 19.07.2023
19 iyul, Fineko/abc.az. Avqustun 1-8-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərraclar keçiriləcək.
Dövlət Xidmətindən ABC.AZ-a bildirilib ki, bu hərraclara ümumilikdə 90 dövlət əmlakı çıxarılacaq.
Onlardan 13-ü kiçik dövlət müəssisə və obyekti, 77-si isə nəqliyyat vasitəsidir.
Avqustun 1-də keçiriləcək hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Avropa istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 2005-2014-cü illəri əhatə edir. Avqustun 8-də keçiriləcək hərraca çıxarılan kiçik dövlət əmlakları sırasında yardımçı təsərrüfat, iaşə obyektləri, kənd klubu da var. Obyektlərin ən aşağı start qiyməti 750 manat, ən yuxarı ilkin qiyməti isə 751.500 manatdır.
Hərraca çıxarılan əmlakların siyahısı ilə bu keçiddən tanış olmaq mümkündür: https://clck.ru/33TqtH .
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024