Dövlət Turizm Agentliyinin xidməti avtomobilləri artırıldı

15:13 - 20.07.2023


20 iyul, Fineko/abc.az. Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 18 iyul 2011-ci il tarixli qərarında dəyişiklik edib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddinə (limiti) dəyişiklik edilib, Dövlət Turizm Agentliyi üçün xidməti avtomobillərin sayı 3-dən 11-ə çatdırılıb. Əlavə 8 avtomobil qurumun ərazi və yerli bölmələrinə veriləcək.