Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr açıqlanıb

14:14 - 26.07.2023


26 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz (1578 müqavilə), 9 saylı Qəbələ (945 müqavilə) və 1 saylı Bakı (918 müqavilə) ərazi idarələri tamamlayır.

ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (98 müqavilə) və 16 saylı Ucar (127 müqavilə) ərazi idarələrinin əhatə etdiyi rayonlardır.